Dünya

"Rusiyanın Ukraynadakı müharibə əməliyyatını..."

8 İyul 2022 21:54
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iddia edir ki, Rusiya Beynəlxalq Kosmik Stansiyadan (BKS) siyasi məqsədlər üçün, xüsusən də Ukraynada müharibə əməliyyatını dəstəkləmək üçün istifadə edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ Kosmik Departamentinin müvafiq bəyanatı bir sıra Amerika KİV-ləri, o cümlədən "The Washington Post" və ixtisaslaşmış internet portalı "Ars Technica" tərəfindən dərc edilib.

"NASA Rusiyanın Beynəlxalq Kosmik Stansiyadan siyasi məqsədlər üçün, Rusiyanın Ukraynadakı müharibə əməliyyatını dəstəkləmək üçün istifadəsini qətiyyətlə pisləyir", - deyə rəsmilər bildiriblər. ABŞ Kosmik Agentliyi hesab edir ki, bu, "15 ölkənin iştirakı ilə elmin təbliği və texnologiyaların dinc məqsədlər üçün inkişafını nəzərdə tutan stansiyanın əsas məqsədilə əsaslı şəkildə ziddiyyət təşkil edir".

Bu bəyanatın nə üçün yayıldığı açıqlanmasa da, adıçəkilən media qurumları bunu iyul ayında rus kosmonavtlarının qondarma Donetsk və Luqansk bayraqlarını BKS-də açması və bununla da "LXR"in "azad edilməsini" qeyd etməsi ilə əlaqələndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.