Dünya

Mask və şirkətinin top meneceri gizli şəkildə əkiz uşaq sahibi olublar

8 İyul 2022 15:52
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı sahibkar və milyonçu İlon Mask və onun qurduğu "Neuralink" şirkətinin baş əməliyyat direktoru Şivon Zilisin 2021-ci ildə gizli şəkildə əkiz uşaqları dünyaya gəlıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, uşaqlar biznesmen və kanadalı müğənni Qraymsın ikinci övladının dünyaya gəlməsindən bir neçə həftə əvvəl doğulublar.

Aprel ayında Mask və Zilis əkizlərin adlarının dəyişdirilməsi üçün məhkəməyə müraciət ediblər. Onlar uşaqların adlarının ikinci hissəsini özlərinin soyadlarının bir hissəsi kimi dəyişmək istəyiblər. Müraciət təmin edilib.

Hazırda sahibkarın tanınan övladlarının sayı doqquzdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.