Dünya

Brüs Linin filmlərinin ssenaristi vəfat etdi

4 İyul 2022 21:14
0 Şərh     Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honq-Konqlu ssenarist və yazıçı Ni Kuanq 87 yaşında vəfat edib.

Milli.Az bildirir ki, bu haqda "Deadline" xəbər verir.

Ni Kuanq Honq-Konqdakı evində dünyasını dəyişib. Ölümün səbəbi dəri xərçəngi olub.

Ni Kuanq 1935-ci ildə Şanxayda anadan olub. Onda kiçik yaşlarından oxumaq sevgisi yaranıb. Böyüyən Ni yerli qəzetdə yazı müsabiqəsində iştirak edib. O vaxtdan onun yaradıcılıq karyerası başlayıb.

Əvvəlcə Ni o dövrdə məşhur olan "wuxia" janrında əsərlər - Çin fantaziyasının elementləri ilə sərgüzəştlər yazıb. 1960-cı illərin əvvəllərində yazıçı elmi fantastikaya keçib. 1967-ci ildə o, özünü kinoda sınayaraq "Təkqollu qılınc ustası" filminin ssenarisini yaradıb.

Karyerası ərzində o, Brüs Linin baş rolda olduğu "Qəzəb yumruğu" və "Böyük Boss", kunq-fu klassiki "Şaolinin otuz altı pilləsi" və super-qəhrəman filmi "Super İnframen", "Kök Əjdahanın Çıxışı" komediyası və digərləri də daxil olmaqla 300-dən çox döyüş sənəti filmi ssenarisini yazıb.

Kuanq həm də "Hikmət" elmi fantastika romanlarının müəllifi kimi tanınırdı. Bundan əlavə, o, qəzetlər, satirik esselər, sevgi romanları və detektiv hekayələri də yazırdı.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.