Dünya

Kruiz gəmisində kütləvi dava düşdü - VİDEO

1 İyul 2022 20:52
0 Şərh     Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Manhetten limanında duran "Carnival Cruise Lines" kruiz gəmisində azı 60 nəfərin iştirak etdiyi kütləvi dava baş verib.

Milli.Az bildirir ki, hadisə videoya çəkilib, video və təfərrüatları "New York Post" nəşri dərc edir.

Qeyd olunur ki, münaqişə gecə saat iki radələrində rəqs meydançasında başlayıb - iki sərnişin əlbəyaxa davaya başlayıb. Daha sonra onlara digər istirahət edənlər də qoşulub. Kadrlardan görünür ki, bir neçə nəfər döyüşənləri necə ayırmağa çalışır - insanlar yerə yıxılır, bir-biri ilə toqquşur və yenidən qalxmağa davam edir.

Hadisə şahidlərinin sözlərinə görə, dava təxminən bir saat davam edib. Bu müddət ərzində onun iştirakçıları beşinci mərtəbədən birinci mərtəbəyə keçiblər. Laynerin təhlükəsizlik xidməti hadisə ilə bağlı ABŞ Sahil Mühafizəsini xəbərdar etməli olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.