Dünya

Müharibədə əsir düşən Ukrayna əsgərlərinin sayı açıqlandı

1 İyul 2022 08:36
0 Şərh     Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əsir düşən və ya təslim olan Ukrayna əsgərlərinin ümumi sayı 6 mindən çoxdur".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ilə Ukrayna arasında 4 aydan çox davam edən müharibədə əsir düşən əsgərlərin mübadiləsi prosesi ilə bağlı açıqlamalar verən zaman deyib.

O, ötən gün iki ölkə arasında əsir mübadiləsinin olduğuna diqqət çəkərək, 144 rus əsgərinin qarşılığında 144 Ukrayna əsgərinin təslim edildiyini bildirib.

Sözügedən mübadilənin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə edildiyini qeyd edən Konaşenkov, "Xilas edilən əsgərlərin demək olar ki, hamısı yaralı və ya ağır yaralıdır. Onlara lazımi tibbi dəstək verilir" vurğulayıb.

"Əsir düşən və ya təslim olan Ukrayna əsgərlərinin ümumi sayı 6 mindən çoxdur", -deyə Konaşenkov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.