Dünya

Ərdoğan və Bayden arasında görüş keçirilib

29 İyun 2022 21:49
0 Şərh     Baxış: 673

İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş NATO sammiti çərçivəsində baş tutub.

Görüş zamanı R.T.Ərdoğan bildirib ki, Türkiyə balanslaşdırılmış siyasətlə "taxıl dəhlizi" problemini həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Co Bayden öz növbəsində Türkiyə Prezidentinə Ukrayna taxılının çıxarılmasını təmin etmək səylərinə, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics