Dünya

Zelenski Rusiyanın bu qurumdan çıxarılmasını tələb edib

29 İyun 2022 07:55
0 Şərh     Baxış: 726

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.

Milli.Az "report"a istinadən bildirir ki, BMT Təhlükəsizlik Şurasında videobağlantı formatında çıxış edən Ukrayna lideri deyib ki, Rusiyanın qurumun səsvermələrində iştirak etmək hüququ yoxdur:

"Mən sizi terror dövlətinin BMT Baş Assambleyasındakı nümayəndə heyətini səlahiyyətlərindən məhrum etməyə çağırıram. Mümkündür, lazımdır, ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmaq hüququ yoxdur. Rusiya BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətində iştirak etməkdə davam edir və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvü imtiyazlarından istifadə edir. Biz Rusiyanı terrora görə məsuliyyətə cəlb etməliyik".

Zelenski BMT-yə Kremençuqdakı hadisələrin şəraitini müəyyən etmək üçün komissiya göndərməyə dəvət edib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics