Dünya

Böyük Britaniya Kiyevdə dəmir yollarını bərpa edəcək

27 İyun 2022 08:24
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkədə dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə qədər vəsait ayıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi bəyanat yayıb.

Bildirilirki, krallıq və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır.

Ərzaq böhranının dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoyduğu qeyd olunub.

Həmçinin aclıq riskinin gələn ay artacağı təhlükəsi olduğu qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.