Dünya

İranın xarici işlər naziri Türkiyəyə gedəcək

26 İyun 2022 20:34
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrannın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyunun 27-də Türkiyəyə səfər edəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

"İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 27 iyun 2022-ci il tarixində ölkəmizə səfər edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı nəzərdə tutulur", - deyə açıqlamada qeyd olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.