Dünya

Ölən ər-arvad evlərində bir ildən çox qalıblar

24 İyun 2022 13:15
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyada polis məmurları evlərinin müxtəlif otaqlarında bir ildən çox qalan yaşlı cütlüyün cəsədlərini tapıblar.

Milli.Az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Müstəntiqlərin fikrincə, 82 yaşlı Nikolas Smit və onun 79 yaşlı həyat yoldaşı Hilari 2020-ci ilin noyabr və ya dekabr aylarında ölmüş ola bilər. Kifayət qədər tənha həyat tərzi keçirən təqaüdçülər təxminən bu vaxtlarda sonuncu dəfə görünüblər. Cütlük əslən İngiltərədən idi, lakin təqaüdə çıxdıqdan sonra İrlandiyaya köçdü və orada ev aldı.

Yerli sakinlər cütlüyün avtomobilini uzun müddətdir heç kimin idarə etmədiyini, bağlarını alaq otlarının basdığını görəndə şübhələniblər. Onlar polisə müraciət ediblər. Eyni zamanda, bəzi qonşular cütlüyün pandemiya zamanı İngiltərəyə qayıtdığını düşündülər.

Sonda evə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın meyitlərini orada aşkar ediblər. Onlar müxtəlif otaqlarda idilər.

Polis cütlüyün ölümünün kriminal versiyasını nəzərdən keçirmir və kənar şəxslərin evə soxulmasına dair heç bir əlamət aşkar etməyib. Müstəntiqlər COVID-19-un həyat yoldaşlarının ölümünə səbəb olub-olmadığını müəyyən etməyə çalışırlar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.