Dünya

Kül buludu yenidən hərəkətə keçdi

10 May 2010 11:10
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küləyin istiqamətini dəyişməsi nəticəsində İslandiyadan çıxan yeni vulkanik kül buludu yaxın günlərdə Böyük Britaniya və İrlandiyada bir sıra aeraportların fəaliyyətini dayandırmasına səbəb olacaq.

Bu barədə Birləşmiş Krallığın metriologiya xidməti xəbər verib.

Britaniyanın mülki aviasiya idarəsinin məlumatına görə, mayın 9-da yerli vaxla 14.00-a qədər (Bakı vaxtı ilə 18.00) Şotlandiyanın altı, o cümlədən İnverness və Kirkuol aeraportları bağlı qalıb. İrlandiya aeraporltarı isə yerli vaxtla saat 14.00-a qədər (Bakı vaxtı ilə 18.00) normal rejimlə çalışsa da, ondan sonra bəzi istiqamətlərə uçuşlara qadağa qoyulub.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.