Dünya

"Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq"

22 İyun 2022 22:57
1 Şərh     Baxış: 1 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən "atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə" aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə inkişaf etdirir.

"Ukrayna (Rusiya üçün) çətin hədəf oldu, Finlandiya ilə də eyni olacaq", - deyə Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib.

O əlavə edib ki, Finlandiya qoşunlarının Ukrayna qoşunları kimi mühüm amili var - döyüş motivasiyası onlara üstünlük verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.