Dünya

Rusiya separatçıları Gürcüstanda aktivləşdi: "sərhəd" çəkilir

19 İyun 2022 23:09
0 Şərh     Baxış: 2 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 18-19-da Qori bələdiyyəsinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qeyri-qanuni qondarma sərhədləşdirmə prosesinə başlayıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib, EUMM və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırılıb. Bu məsələ Erqneti İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq.

Bildirilib ki, qeyri-qanuni sərhəd keçidi və onun daxilindəki qeyri-qanuni sərhəd sədləri sərbəst gediş-gəlişi əngəlləyir, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və işğal qüvvəsi hazırkı proses üçün tam məsuliyyət daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.