Dünya

"Almaniya Ukraynaya silahlarını vaxtında təhvil verəcək"

18 İyun 2022 16:45
0 Şərh     Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Almaniya Ukraynaya ağır silahları vaxtında təhvil verəcək ki, o, Donbass uğrunda döyüşdə istifadə edə bilsin".

Milli.Az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "dpa"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, konkret nümunələr Ukrayna hərbçiləri təlim keçdikdən sonra çatdırılacaq.

"Biz Odessa və ya Kiyevi xilas edə biləcək raket əleyhinə sistem təqdim edəcəyik. Biz həmçinin Böyük Britaniya və Birləşmiş Ştatlar ilə birlikdə çoxlu reaktiv yaylım atəşi sistemləri tədarük etmək qərarına gəldik", - Şolts əlavə edib.

Xatırladaq ki, Şolts daha əvvəl demişdi ki, Almaniya müstəqillik mübarizəsində lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.