Dünya

Yüzlərlə ukraynalı qaçqın Britaniyada evsiz qalıb

17 İyun 2022 10:22
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüzlərlə ukraynalı qaçqın onları yaşayış yeri ilə təmin edən viza vasitəsilə ölkəyə gəldikdən sonra Britaniyada evsiz qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fevralın sonundan Ukraynadan olan azı 480 ailə və 180 nəfər yetkin şəxs mənzil çatışmazlığı səbəbindən yardım üçün müraciət edib.

Yaşayışla bağlı problemlər həm "Homes for Ukraine" proqramında, həm də ailə sxemi üzrə vizalar məsələsində ortaya çıxıb.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Britaniya qeyri-qanuni miqrantların tutulması zamanı olduğu kimi ukraynalı qaçqınları Ruandaya deportasiya etmək niyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.