Dünya

“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”

16 İyun 2022 14:07
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1998-ci il noyabrın 25-i Ermənistanın o dövrdəki rəhbərliyi ATƏT-in Minsk Qrupunun "vahid dövlət" adlandırılan təklifi əsasında danışıqlar aparmağa razılıq verib.

Sözügedən sənəddə isə, Qarabağın Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.