Dünya

"Ukrayna hər gün 100 hərbçisini itirir"

15 İyun 2022 23:37
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın hesablamasına görə Ukraynanın gündəlik hərbi itkiləri təxminən 100 ölü və 200-300 arası yaralıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Brüsseldəki mətbuat konfransında deyib.

"Müharibədəki itkiləri qiymətləndirmək hər zaman çətin olub. əksər vaxtlarda isə ilk dövrlərdə qiymətləndirmə yanlış olub. Bəzən düzgün qiymətləndirmə üçün aylar, illər tələb olunur. KİV-də görürük ki, Ukrayna Silahlı Qüvvələrində hər gün 100 nəfər ölür, 200-300 nəfər yaralanır. Deyərdim ki, bu bizim qiymətləndirməmizə yaxındır. Lakin dəqiq rəqəmi demək istəmirəm" - deyə general qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.