Dünya

Gürcüstan prezidenti əhalini mitinqə çağırıb

14 İyun 2022 23:34
0 Şərh     Baxış: 2 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

"İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək",- deyə Zurabişvili bildirib.

O, həmçinin müxalifəti ölkədə baş verənlərlə bağlı Aİ-yə yanlış məlumat göndərməkdə ittiham edib. Zurabişvili bir daha bütün tərəfləri birliyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.