Dünya

“Adidas” “Nike”ı məhkəməyə verdi

13 İyun 2022 17:30
0 Şərh     Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın idman malları istehsalçısı "Adidas" patent pozuntusuna görə rəqibi "Nike"ı məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Texasın Şərq dairəsində qaldırılan məhkəmə iddiasına görə, "Nike" "Adidas"ın doqquz patentini pozub.

Xüsusilə, alman istehsalçısı ABŞ-ın "Nike SNKRS" şirkətinin tətbiqinin "Adidas Confirmed" xidməti ilə eyni funksiyalara malik olduğunu bildirib.

Bundan əlavə, qeyd olunur ki, ayaqqabıların ayağın xüsusiyyətlərinə uyğunlaşmasına imkan verən sistemə malik "Nike Adapt" smart idman ayaqqabısının ideyası 2005-ci ildə buraxılan və "dünyanın ilk ağıllı ayaqqabısı" olan "Adidas_1" idman ayaqqabısından götürülüb.

Tələb olunan kompensasiyanın məbləği dəqiqləşdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.