Dünya

Britaniya şirkəti Ukraynaya 10 ədəd istehkamçı robot verəcək

13 İyun 2022 08:30
0 Şərh     Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın çoxmilli müdafiə şirkəti "QinetiQ" Ukraynaya on ədəd "TALON" istehkamçı robotunu verəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polis İdarəsinin rəisinin birinci müavini Oleksiy Beloşitski feysbukda bildirib.

Müharibənin əvvəlində Ukraynanın artıq 12-dən çox belə robotu var idi.

"Bu, nəinki "hədiyyələr"in yerini müəyyənləşdirən, həm də onları zərərsizləşdirən istehkamçı robotdur. Müharibənin əvvəlində bizdə bunlardan 12-dən çox var idi, indi "QinetiQ" daha 10-nu gətirəcək", - O.Beloşitski bildirib.

Robot 45 kq-a qədər yük götürür və 680 kq-a qədər yükü çəkə bilir. Uzunluğu 86,4 santimetr, hündürlüyü 42,7 sm və maksimal kütləsi 52 ilə 71 kq arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.