Dünya

Məşhur jurnalın keçmiş baş redaktorunu kuryer velosipedlə vurub

8 İyun 2022 13:52
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vogue" and "Interview" jurnallarının keçmiş baş redaktoru Alyona Doletskayanı Moskvanın mərkəzində kuryer elektrik velosipedi ilə vurulub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "iyunun 6-da tibb müəssisəsindən polisə zəng daxil olub ki, onlara bədən xəsarətləri ilə qadın daxil olub. Zərərçəkənin dediyinə görə, Kropotkinski zolağında naməlum şəxs onu elektrikli velosipedlə vurub. Polis əməkdaşları hadisənin təfərrüatını araşdırır", - deyə idarədən bildirilib.

"Baza" "Telegram" kanalının məlumatına görə, jurnalist klinikaya yerləşdirilib və bədənində qançırlar, əlində sınıq olduğu diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.