Dünya

Azərbaycanla əlaqələrə xüsusi diqqət yetiririk - İran

5 İyun 2022 18:02
0 Şərh     Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.

Cavad Övcinin sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.

O, həmçinin qeyd edib ki, İran və Azərbaycan "Şahdəniz" qaz yatağının birgə işlənməsini həyata keçirəcək.

Nazir vurğulayıb ki, "Şahdəniz" layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.