Dünya

Ukraynanın AN-26 hərbi nəqliyyat təyyarəsi vurulub

5 İyun 2022 15:55
0 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Hava hücumundan müdafiə sistemləri Odessada Ukrayna Hərbi Hava Qüvvələrinin AN-26 hərbi nəqliyyat təyyarəsini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edilib ki, ötən sutka ərzində Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Odessada Ukraynaya məxsus silah-sursat və hərbi texnika daşıyan AN-26 hərbi nəqliyyat təyyarəsi havada vurulub.

İqor Konaşenkov bundan əlavə, Rusiya Hava Kosmik Qüvvələrinin havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyev ətrafında Şərqi Avropa ölkələrinin tədarük etdiyi T-72 tanklarını və vaqon təmiri müəssisəsinin binalarında yerləşən digər zirehli texnikaları məhv etdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.