Dünya

İstanbulda meymunçiçəyi ŞÜBHƏSİ: əllərində yaralar olan əcnəbilər...

4 İyun 2022 23:49
0 Şərh     Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Səhiyyə naziri Fahrettin Koca İstanbulda meymunçiçəyi şübhəsi ilə mediada müzakirə edilən 4 nəfərin test nəticələrinin mənfi çıxdığını açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər və əczaçı yaraların meymunçiçək virusu ola biləcəyindən şübhələnib və səlahiyyətlilərə məlumat verib.

Meymunçiçəyi xəstəliyindən şübhələnən şəxslər aparıldıqları xəstəxanada test veriblər.

Səhiyyə naziri Fahrettin Koca lazımi analizlərin aparıldığını, 4 nəfərin analizinin nəticəsinin mənfi olduğunu bildirib.

Nazir Türkiyədə indiyə qədər meymunçiçəyi diaqnozu qoyulan xəstənin olmadığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.