Dünya

Xarkov vilayəti atəşə tutulub: bir nəfər ölüb, çoxlu sayda yaralı var

3 İyun 2022 12:52
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarkov vilayətində Rusiyanın atəşə tutması nəticəsində bir gündə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının bu gün, iyunun 3-ü saat 8:00-a olan məlumata görə, jurnalistlərə verilən xülasədə deyilir.

Belə ki, gecə saatlarında ruslar Xarkovu növbəti dəfə atəşə tutublar, nəticədə şəhərin inzibati binalarından birində yanğın başlayıb, ilkin məlumatlara görə, tələfat olmayıb.

Həmçinin gecə saatlarında ruslar Xarkov vilayətinin Tsirkunı kəndini atəşə tutub, evlər və yardımçı tikililər yanıb.

"Ümumilikdə gün ərzində rayonda 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.