Dünya

"Donetsk və Luqanskda Rusiyanın 8 hücumu dəf edilib" - Ukrayna Baş Qərargahı

31 May 2022 09:37
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın "X-22" qanadlı raketini vurub. Məlumata görə, Ukrayna müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin "X-59MK" qanadlı raketini məhv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.