Dünya

Ukraynaya Rusiyanı vura biləcək uzaqmənzilli raketlər... - Bayden

30 May 2022 22:44
0 Şərh     Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynaya "Rusiyaya çata biləcək qədər uzaqmənzilli" raketlər göndərəcəyi ilə bağlı iddiaları təkzib edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Prezident Bayden bu haqda jurnalistlərin suallarını cavablayan zaman danışıb.

ABŞ-ın Ukraynaya yüzlərlə mil məsafə qət edə bilən uzaqmənzilli raketlər göndərməyi planlaşdırdığına dair iddialara cavab verən Bayden, "Ukraynaya Rusiyanı vura biləcək uzaqmənzilli raketlər göndərməyəcəyik" deyib.

ABŞ mətbuatında yer alan iddialarda Ukrayna səlahiyyətlilərinin uzun müddətdir "Çoxlu Raketatar Sistemi" adlı uzaqmənzilli raketlər istədiyi və ABŞ rəhbərliyinin bu məsələni dəyərləndirdiyi iddia edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.