Ölkə

Bakının mərkəzində yeni metro tikiləcək - "Port Baku"nun yaxınlığında

25 Sentyabr 2025 11:07
Baxış: 659
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası nəzərdə tutulub. 

Milli.Az xəbər verir ki, metronun Xətai stansiyasının yaxınlığında Yaşıl xəttə daha bir keçid imkanı yaradılacaq. 

Babək prospekti üzərindən şəhər istiqamətinə doğru metro stansiyası inşa olunacaq. Bununla da sıx hərəkət olan prospektdə insanlar metro ilə hərəkət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib.  İnşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.