Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) və SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin dövlət qarşısında yığılmış vergi borcunun miqdarında avqust ayından bəri dəyişiklik olub.
Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, son dörd ayda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vergi borcu 3,23% azalıb, "Azəriqaz"ın vergi borcu isə 112,95% artıb.
Belə ki, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vergi borcu 22 852 003.42 manat (22 milyon 852 min 3 manat 42 qəpik), "Azəriqaz"ın vergi borcu isə 5 562 274.03 manat (5 milyon 562 min 274 manat 3 qəpik) təşkil edir.
Beləliklə, Dövlət Xidməti son dörd ayda yığılmış vergi borcu 762 995,43 manat azalıb. "Azəriqaz"ın borcu isə əksinə olaraq 2 950 090,47 manat artıb.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı isə 2 400 427 052 manat, "Azəriqaz"ın nizamnamə kapitalı isə 1 779 845 926.55 manatdır.
Milli.Az





