Bu ölkədə həyəcan - Hava məkanını bağladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Danimarkada PUA təhlükəsi səbəbindən ölkənin ikinci ən böyük hava limanı olan Aalborq müvəqqəti bağlanıb.
Milli.Az xəbər verir ki, hava məkanında bir neçə dronun görünməsi yerli hakimiyyəti dərhal tədbir görməyə məcbur edib.
Polis dronların axşam saatlarında müşahidə edildiyini, aerodrom ətrafında hərəkət etdiyini açıqlayıb. Bu səbəbdən eniş və qalxış əməliyyatları dayandırılıb, bir sıra reyslər alternativ hava limanlarına yönləndirilib.
"Eurocontrol" uçuşların 25 sentyabr saat 04:00 GMT-yə qədər dayandırıldığını elan edib.
Danimarka Hərbi Hava Qüvvələri bölgədə təhlükəsizliyi təmin etmək üçün havaya qalxıb. Rəsmi şəxslər əhali və sərnişinlər üçün birbaşa təhlükə olmadığını bildiriblər.
Hadisə iki gün əvvəl Kopenhaqen hava limanı üzərində də dronların qeydə alınmasından sonra baş verib. Danimarka Baş naziri Mette Frederiksen Kopenhaqendakı insidentin ölkənin kritik infrastrukturuna qarşı son illərin ən ciddi təhdidi olduğunu bəyan etmişdi.
Ukrayna prezidenti Volodimir Zelenski isə daha əvvəl Kopenhaqen və Oslo hava limanlarındakı oxşar hadisələrdə Rusiyanı günahlandıraraq NATO-ya cavab verməyə çağırmışdı.
Aalborq hava limanının hərbi baza funksiyası daşıması səbəbindən məsələ NATO daxilində xüsusi diqqətə səbəb olub. Son həftələrdə Polşa, Rumıniya və Estoniya hava məkanlarında da Rusiya mənşəli PUA və döyüş təyyarələrinin pozuntuları qeydə alınıb. NATO baş katibi Mark Rutte baş verənlərə dair açıqlamasında müttəfiqlərin Ukraynaya dəstəyinin belə provokasiyalarla dayandırılmayacağını vurğulayıb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)





