Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır.
Milli.Az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O, bildirib ki, B4 stansiyası bənövşəyi xəttin 8 Noyabrdan sonrakı stansiyası olacaq.
"Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu syansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır.
Vurğulanıb ki, həmin stansiyadam birbaşa Nizami stansiyasına keçid olacaq.
Milli.Az