Dünya

Həbs edildi - damarını da kəsmək istəmişdi

30 May 2022 14:45
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Xatırladaq ki, Arıstanbek Məhəmmədiulı mayın 16-da evində axtarış aparılan zaman intihara cəhd etmiş, damarlarını kəsmək istəmişdi.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.