Dünya

Müharibə başlayandan Ukrayna Qərbdən 6,5 milyard dollar alıb

30 May 2022 09:15
0 Şərh     Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Milli Bankı rəhbərinin birinci müavini Yekaterina Rojkova bildirib ki, Rusiya ilə müharibə başlayandan sonra ölkə büdcəsinə tərəfdaş dövlətlərdən 6,5 milyard dollar daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, qeyd edib ki, Ukraynanın dövlət büdcəsinin kəsirini ödəmək üçün ayda 5 milyard dollara ehtiyacı var və Kiyev bu vəsaiti beynəlxalq tərəfdaşlardan alacağını gözləyir.

"Ukrayna ixrac gəlirlərinin azalması səbəbindən büdcə boşluqlarını təkbaşına bağlaya bilməz və ölkənin kredit reytinqinin aşağı salınması xarici bazarda borc almağı praktiki olaraq qeyri-mümkün edir", - deyə rəsmi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.