Dünya

İran ABŞ-a nota verib

27 May 2022 15:15
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ABŞ-a nota verib.

Milli.Az APA-ya istinadən bildirir ki, notanı təqdim etmək üçün İsveçrənin İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Nota ABŞ hökumətinin müraciəti əsasında Yunanıstanın sahillərində İran bayrağı altında üzən gəminin yükünün müsadirə olunmasına görə təqdim edilib.

İran tərəfi bildirib ki, bu addım beynəlxalq qanunların və dəniz hüququ normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.

İran məsələ ilə bağlı öz narahatlığını və kəskin etirazını bildirib və gəminin yükünün dərhal azad olunmasını tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.