Dünya

Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb

27 May 2022 09:37
Baxış: 1 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın "Ka-52" helikopterini, "Orlan-10" tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib.

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.

Rəsmi informasiyaya əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.