Dünya

And dağlarında tapılan "ölüm əjdahası" alimləri təəccübləndirdi - VİDEO

26 May 2022 18:15
0 Şərh     Baxış: 1 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinada təxminən 86 milyon il əvvəl yaşamış "Ölüm Əjdahası" adlı uçan sürünənlərin qalıqları tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qanadlarının 9 metr olduğu bildirilən sürünənlərin kəşfində iştirak edən Leonardo Ortiz bu növün zürafəyə bənzər ölçüsü olduğunu, qanadlarının bizim bioloji anlayışımızın sərhədlərinə meydan oxuduğunu deyib.

Yırtıcının qalıqları 86 milyon ildir And dağlarında qayaların altında saxlanılır. Bu o deməkdir ki, bu uçan heyvan dinozavrlarla eyni vaxtda yaşayıb.

Növ yunanca ölüm və əjdaha sözlərinə uyğun gələn "Thanatosdrakon amaru" olaraq adlandırılıb. Bunun mənası isə "ölüm əjdahası" deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.