Dünya

Donetsk və Luqansk atəşə tutulub - Ölənlər var

26 May 2022 11:15
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 25-də Rusiyanın Donetsk və Luqansk vilayətlərində yaşayış məntəqələrini atəşə tutması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu haqda Facebook-da yerləşdirilən Birləşmiş Qüvvələrin qruplaşdırılmasının məlumatında deyilir.

"Mayın 25-də gün ərzində Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərində 41 yaşayış məntəqəsini atəşə tutublar. Düşmənin atəşə tutması nəticəsində 6 nəfər həlak olub, 12 nəfər yaralanıb", - məlumatda qeyd olunur.

Ruslar 52 çoxmərtəbəli və fərdi yaşayış binasını və digər mülki obyektləri: ümumtəhsil məktəbi, sağlamlıq müəssisəsinin mədəniyyət mərkəzi, istirahət mərkəzinin binası, dəmir yolu xətti və "Ukrzaliznitsa" ((insanların evakuasiya edildiyi Pokrovsk şəhəri)) binalarını, yardımçı tikililəri, qarajları, avtomobilləri dağıdıb və zədələyiblər.

Gün ərzində Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 8 yanğın, pirotexniklər tərəfindən 33 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Həmçinin mayın 25-də xilasedicilər 760-a yaxın insanı hərbi əməliyyatlar aparılan bölgələrdən təxliyə ediblər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.