Dünya

Moskvada antikovid amnistiyası elan olunub

25 May 2022 21:17
0 Şərh     Baxış: 624

Moskva meri Sergey Sobyanin iyunun 1-dən koronavirus pandemiyası zamanı təyin edilmiş cərimələrin ödənişinin ləğv olunacağını elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhər meri bu barədə şəxsi bloqunda açıqlama verib. O bildirib ki, vətəndaşların real gəlirləri azaldığından antikovid amnistiyası elan edilməsi barədə qərar qəbul olunub. İyunun 1-dən Moskva icra orqanları cərimələrin yığılması işini dayandıracaq. Ümumilikdə 13,6 milyondan çox qayda pozuntusuna görə cərimələr ləğv ediləcək.

Amnistiya COVID-19 pandemiyası zamanı özünütəcrid rejiminə riayət edilməməsinə görə təyin edilmiş cərimələrdən başqa bütün cərimələrə şamil olunur.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics