Dünya

Arılar onları narahat edən şəxsi öldürdülər

24 May 2022 09:15
0 Şərh     Baxış: 1 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Texas ştatında təsadüfən arı yuvasına yaxınlaşan kişi həşəratlar tərəfindən sancılaraq öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 53 yaşlı Franko Qalvan Martinez landşaft işıqlandırması şirkətində işləyib.

Ostində bir evin həyətində sifarişi yerinə yetirərkən o, pilləkənlərlə ağaca dırmaşıb. Birdən ağacdakı yuvadan çıxan arılar onu sancmağa başlayıb. Kişi panikaya düşərək, təsadüfən nərdivanı ayağı ilə itələyib və təhlükəsizlik kəmərindən sallanaraq qalıb.

Arıların hücumu təxminən on dəqiqə davam edib. Martinezin iki həmkarı onu xilas etməyə çalışsalar da, arılar onlara da hücum edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər bədəni arılarla bürünmüş adamı şlanqla sulamağa başlayıblar. Buna baxmayaraq, amerikalının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.