Dünya

Rusiya son 3 ayda SSRİ-nin Əfqanıstandakı 9 illik itkiləri qədər əsgər itirib

23 May 2022 12:07
1 Şərh     Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya "xüsusi hərbi əməliyyatının" ilk üç ayında çox güman ki, Sovet İttifaqının Əfqanıstanda doqquz illik müharibəsi zamanı məruz qaldığı qədər hərbçi itkisinə məruz qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, aşağı səviyyəli zəif taktikaların, məhdud hava dəstəyinin, çeviklik çatışmazlığının və uğursuzluğu gücləndirərək səhvləri təkrarlamağa səbəb olan komanda yanaşmasının kombinasiyası bu cür çoxsaylı itkilərə səbəb olub.

Qeyd olunub ki, eyni səbəblərə görə Rusiyanın Donbasa hücumu zamanı itkiləri artmaqda davam edir.

Məlumatda vurğulanıb ki, Rusiya ictimaiyyəti, keçmişdəki müharibələr zamanı məruz qaldığı itkilərə qarşı həssas olduğunu sübut edib.

Vurğulanıb ki, Ukraynadakı itkilər artmağa davam etdikcə, rusiyalılar müharibəyə görə narazılığı daha açıq şəkildə və ictimai qaydada səsləndirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.