Dünya

Kanadada tufan 5 nəfərin həyatına son qoyub

22 May 2022 22:33
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Ottava şəhərində və Ontario vilayətinin cənubundakı digər şəhərlərdə güclü küləklə müşayiət olunan şiddətli tufanlar nəticəsində 5 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, üç nəfər Kanadanın paytaxtı və onun ətraflarında, biri Bramptonda, digəri isə Kitçener şəhəri yaxınlığındakı düşərgədə həlak olub. Əksər hallarda ölümlərə səbəb ağacların aşması olub.

Vilayətdə 350 minə yaxın ev və digər tikililər elektriksiz qalıb. Ottavada yerli elektrik şəbəkəsi şirkətinin məlumatına görə, bu rəqəm 176 minə çatır. Şəhərdə 200-ə yaxın elektrik dirəyi və yüzlərlə ağac aşıb.

Ölkənin meteoroloji bürosunun məlumatına görə, tufan zamanı küləyin sürəti saatda təxminən 33 m/s-ə çatıb. Şəhər hakimiyyətinin məlumatına görə, Ottavada tufanın nəticələrini aradan qaldırmaq üçün iki-üç gün vaxt lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.