Rusiya Federasiyası Ukraynanı məhv etmək üçün bütün imkanlarından istifadə edir. Eyni zamanda, Rusiyanın bölgələrində deyirlər ki, "xüsusi əməliyyat" bir çox sənaye sahələrinin, o cümlədən tikintinin iqtisadi tənəzzülünə və insanların yoxsullaşmasına səbəb olur.
Milli.Az report-a istinadən xəbər verir ki,
bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Rusiya faktiki olaraq bütün resurslarını bizi məhv etməyə yönəldib. Qiymətlərin artımı, gəlirlərin ucuzlaşması, Rusiyada 2000-ci illərdən bəri yaradılmış bütün iqtisadi potensialın məhv edilməsi - bunlar hələ də işğalçıları dayandıra bilməyib. Amma nəhəng xərclər hələ də onlara kömək etmir, kömək etməyəcək də", - dövlət başçısı bildirib.
Zelenski həmçinin qeyd edib ki, Donbasda vəziyyət çox mürəkkəbdir. Rusiya hərbçiləri Slavyansk və Severodonetskə hücum etməyə çalışırlar.
Milli.Az