Dünya

Mariupolda qorxunc vəziyyət - Mer xəbərdarlıq etdi

21 May 2022 12:45
0 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

"Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır", - Boyçenko vurğulayıb.

O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər:

"Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya".

Mer qeyd edib ki, əhalini evakuasiya etmək lazımdır:

"Yaşıl dəhlizlər müəyyən edilsin və Mariupol sakinləri Ukraynanın nəzarət olunan hissəsinə getmək imkanı əldə etsinlər. Biz bütün beynəlxalq tərəfdaşlarımızı bu məqsəd ətrafında birləşməyə dəvət edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.