Dünya

Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək

20 May 2022 21:21
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada hakimiyyəti Ukraynaya 250 milyon Kanada dolları (195,1 milyon ABŞ dolları) məbləğində növbəti kredit vermək qərarına gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Kanada baş nazirinin müavini, maliyyə naziri Kristi Friland deyib.

Sənəddə göstərilən bu vəsait Beynəlxalq Valyuta Fondu vasitəsilə köçürüləcək.

"Əvvəlki maliyyə dəstəyi ilə birlikdə bu kredit Kanadanın Ukrayna qarşısındakı maliyyə öhdəliyini bu il 1,87 milyard Kanada dollarına (1,46 milyard dollar) çatdırır", - Friland bildirib.

Açıqlamada qeyd edilir ki, bu qərar Friland ilə maliyyə departamentlərinin rəhbərləri və G7-nin Mərkəzi Bankının rəhbərləri arasında Almaniyanın Köniqsvinter şəhərindəki görüşdən sonra qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.