Dünya

İrəvanda Paşinyanın 155 əleyhdarı saxlanılıb

17 May 2022 11:02
0 Şərh     Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çərşənbə axşamı səhər Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda keçirilən etiraz aksiyalarında 155 nəfəri saxlayıb.

Milli.Az xəbər verir ki, bu haqda RİA Novosti-yə idarənin mətbuat xidmətindən bildirilib.

"Hazırda 155 nəfər polis bölmələrinə təhvil verilib", - mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan demişdi ki, genişmiqyaslı itaətsizlik aksiyaları səhər saat 07:00-da başlayacaq, yollar bağlanacaq, nəqliyyatın hərəkəti dayandırılacaq, "paytaxt iflic olacaq". Onun sözlərinə görə, çərşənbə axşamı saat 18:00-da Fransa meydanında növbəti mitinq keçiriləcək.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.