Dünya

Yatağında yatıb gözlərini torpağın altında açdı: Öldüyünü düşünüb şok keçirdi

16 May 2022 11:18
0 Şərh     Baxış: 2 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın Kuliacan şəhərində torpaq çökməsi baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə zamanı yatağında yatan 25 yaşlı gənc boşluğa düşüb. Torpağın altında gözlərini açan gənc, öldüyünü düşünərək şok keçirib. Böyük qorxu yaşayan gənci boşluqdan ailə üzvləri çıxarıb. 25 yaşlı gənc yüngül xəsarətlər alıb.

Bildirilir ki, evin bir hissəsinin çökməsinə səbəb narkotik ticarətçilərinin illər əvvəl qazdığı tunel olub. Yerli dairələr ətrafdakı evlərin zərər görməməsi üçün tuneli doldurmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.