Dünya

"Bu, beynəlxalq münasibətlərin bünövrəsinin məhvidir"

9 May 2022 18:54
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Rusiyanın dondurulmuş valyuta ehtiyatlarının çıxarılması və Ukraynanın bərpasına göndərilməsi təklifi qanunsuzdur və Avropaya etimadı sarsıdır.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bu, beynəlxalq münasibətlərin bünövrəsinin məhvidir və bu qərarlar qəbul edilərsə, avropalıların özlərinə, maliyyə sisteminə zərbə vuracaq, Avropaya və ümumilikdə Qərbə olan inamı sarsıdacaq, çünki bu, tam qanunsuzluqdur və daha doğrusu, cəngəllik qanunudur", - o dedi.

"Ona görə də çoxlu sayda ölkə Rusiya ilə birlikdə beynəlxalq hüquq əsasında dünya nizamını müdafiə edəcək", - Qruşko vurğulayıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.