Dünya

"Heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur"

4 May 2022 23:34
1 Şərh     Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya kansleri Olaf Şolts həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə təmasları davam etdirəcəyini bildirib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə kansler Berlində Serbiya lideri Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.

"Ukrayna prezidenti ilə danışıqların aparılması vacibdir. Mən Kiyevdə idim və onunla ətraflı müzakirələr aparmışam. Rusiya prezidenti ilə isə müharibə başlamazdan əvvəl Moskvada olmuşam və orada da danışıqlar aparmışam.

Təbii ki, mən onları davam etdirəcəm. Ancaq vəziyyət olduğu kimidir və baş verənlərlə bağlı heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur" - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.