Dünya

Ukraynalıların ruslara münasibəti kəskin şəkildə pisləşib - SORĞU

4 May 2022 20:24
0 Şərh     Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalıların 69%-i ruslara mənfi münasibət bəsləyir, müsbət münasibət bəsləyənlərin sayı il ərzində 3 dəfədən çox azalıb və hazırda cəmi 8% təşkil edir.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda "Reytinq" Sosioloji Qrupunun aprelin 27-də keçirdiyi sorğunun nəticələrində deyilir.

"Son bir ildə Rusiya sakinlərinə münasibət xeyli pisləşib, eyni zamanda rusdilli ukraynalılara münasibət yaxşılaşıb", - məlumatda qeyd olunur.

Yalnız 22% Belarus sakinlərinə müsbət münasibət göstərir (göstərici il ərzində üç dəfə pisləşib), mənfi - 33%, neytral - 42%.

30%-i Ukraynada yaşayan ruslara müsbət yanaşır, 27%-i mənfi, 39%-i neytraldır.

Ukraynalılar ukraynadillilərə (95% - müsbət) və rusdillilərə (57% - müsbət, 30% - neytral, 13% - mənfi) ən yaxşı münasibət göstərirlər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.