Suriyanın şimalında Türkiyə ordusu 19 terrorçunu zərərsizləşdirib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, PKK/YPG-nin 16 silahlısı "Zeytun budağı", qalanları isə "Barış Pinarı" antiterror əməliyyatları zonasında məhv edilib.
Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.
Milli.Az